“Hansı çempionatda çıxış etdiyini desəm, həmin futbolçunun adı bilinəcək”
16.06.2011 - 14:01
“İstanbulda bir futbolçu ilə görüşməliyik. Bu gün və ya sabah onunla müqavilə imzalayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.
Yeni mövsümdə iddialı heyət qurmaq istəyən əyalət təmsilçisinin bu istiqamətdə çalışmaları davam edir. Yerli bazarda fəaliyyətini yekunlaşdıran “Qəbələ” hazırda bir neçə əcnəbi futbolçu ilə danışıq aparır.
Artıq onlardan biri ilə müqavilə imzalamağın zamanı yetişib: “Bir futbolçu ilə müqavilə imzalayacağımız dəqiqdir. Sadəcə, İstanbulda həmin futbolçu ilə görüşdükdən sonra onun klubu ilə də razılıq əldə etməliyik. Çünki oyunçunun klubu ilə müqaviləsi var”.
Klub rəsmisi futbolçunun nə adını, nə də hansı çempionatda çıxış etdiyini açıqladı: “Hansı çempionatda çıxış etdiyini desəm, futbolçunun adı bilinəcək. Ona görə də bir gün gözləmək lazımdır”.

0
0