Azərbaycan yığması reytinq siyahısında 14-cü yerdədir
16.06.2011 - 15:00
Azərbaycan yığması reytinq siyahısında 14-cü yerdədir
Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Braziliya yığması 2373 xalla siyahıya başçılıq edir. Liderlə xal fərqini 39-a endirən İspaniya 2-ci pillədə qərarlaşıb. 2248 xala malik Portuqaliya isə 3-cü pilləni üç addım geriləyən İranın əlindən alıb.

2064 xalı olan Azərbaycan milli komandası isə dünya reytinqində ötən ay olduğu kimi yenə 14-cüdür. Hesabına 1 xal əlavə etməsinə baxmayaraq, Joze Alessio da Silvanın yetirmələri Avropada yenə 8-ci mövqedədirlər. Keçmiş SSRİ məkanında isə millimiz yalnız Rusiya və Ukraynadan geri qalır. Komandamız 1 pillə geridə olduğu Çexiyadan cəmi 1 xal geri qalır.

Qeyd edək ki, dünya reytinqində 135 komanda yer alıb.