Milli komandamızın heyətində daha bir legioner
16.06.2011 - 15:19
Milli komandamızın heyətində daha bir legioner
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, iyunun 16-dan 19-a qədər Sumqayıtda, iyunun 19-dan 25-ə qədər isə Özbəkistanın Daşkənd şəhərində keçiriləcək toplanış keçəcək yığmaya daha bir legioner cəlb olunub. Bu, Rusiyanın “Stolitsa” klubunun üzvü Abdulla Abatsiyevdir. O, komandada Rizvan Umarovu əvəzləyib.