“Qəbələ”yə pula görə keçməmişəm” - FOTO
16.06.2011 - 15:38
“İnter”dən xoş hisslərlə ayrıldım. Klub rəhbərliyi ilə münasibətlərim bu günə qədər də yaxşıdır. Bakı klubunda oynadığım 2 il yaddaqalan olub”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin yeni transferi Aleksandr Çertoqanov deyib.
Son 2 ildə “İnter”lə müqaviləsinin uzatmayan 31 yaşlı yarımmüdafiəçi düzgün seçim etdiyinə inandığını bildirib: “İnter”in baş məşqçisi Kaxaber Sxadadze yaddaşımda mənə həmişə etimad göstərən məşqçi kimi qalacaq. “Qəbələ”də isə Toni Adams kimi adlı-sanlı sima ilə işləyəcəyəm. Ümidvaram ki, birgə işimiz səmərəli olacaq və komandaya uğur gətirəcək. Bundan başqa, “Qəbələ” həm də gözəl şəraiti olan komandadır. Bu isə futbolçu üçün vacib amildir. Doğrudur, hələ infrastrukturun qurulması davam etdirilir. Amma inanıram ki, tezliklə gözəl bazamız və stadionumuz olacaq”.
Çertoqanov yeni klubu ilə danışıqların asan keçdiyini söyləyib: “Bildiyimə görə, “Qəbələ” mənimlə çoxdan maraqlanıb, amma indiyədək konkret heç bir təklif almamışdım. Avropa çempionatının seçmə oyunlarından sonra klubla danışıqlarımız oldu və razılığa gəldik. Rəhbərliklə görüş o qədər də uzun çəkmədi və 2 illik müqaviləyə imza atdım. Qarşıdakı mövsümlərin mənim və yeni klubum üçün uğurlu olacağına inanıram”.
Aleksandr “Qəbələ”ni pula görə seçmədiyini deyib: “Bəlkə də kimsə fikirləşəcək ki, bu qərarım maliyyə məsələsi ilə bağlıdır, amma bu, əsla elə deyil. Əsas istəyim yaxşı komandaya keçmək idi ki, buna da nail oldum. Yeni klubum çox iddialıdır. Hər bir futbolçu istər ki, iddialı komandada çıxış etsin. Bu baxımdan komandanın iddiaları ilə mənim istəyim üst-üstə düşür. Mənə göstərdiyi etimada görə “Qəbələ”nin rəhbərliyinə təşəkkürümü bildirirəm. İnanıram ki, uğurlu karyeramı burada da davam etdirəcəyəm”.
Uzun müddətdir yığmamızın üzvü olan milliləşdirilən ukraynalı futbolçu “Qəbələ”nin hazırkı transfer siyasətini dəstəkləyir. Çertoqanovun sözlərinə görə, komandanın milli futbolçularının heyətinə cəlb etməsi düzgün addımdır: “Bəli, yeni mövsümdə daha iddialı komanda görəcəksiz. Saşa Yunisoğlu, Arif İsayev və Murad Hüseynov keçən mövsümdən “Qəbələ”də çıxış edir. Mahir Şükürov, Vurğun Hüseynov və mən yeni transfer olunan futbolçularıq. Komandada milli futbolçuların sayı artaraq, 6-ya çatıb. Bu, çox yaxşı göstəricidir. Deməli, klub rəhbərliyi yeni mövsümə iddialı başlamaqda və komandanın uğurlu çıxış edəcəyinə ümid bəsləməkdə haqlıdır. Adını çəkdiyim bu futbolçularla milli komandada oynamışam. Ona görə də yeni komandamda adaptasiya problemi yaşamayacağam”.
Aleksandrın qarşıda duran məqsədlər haqda da danışıb: “Əlbəttə, qarşıdakı mövsümlə bağlı məqsədimiz biz futbolçular üçün tam aydındır. Hazırda “Neftçi”, “Xəzər-Lənkəran” və “Qarabağ” kimi komandalarla rəqabətə tab gətirə biləcək heyət formalaşdırılır. “Qəbələ” turnir cədvəlinin ön sıralarında yer almaq uğrunda mübarizə aparacaq. Ən pis halda avrokuboklara düşmək üçün çalışmalıyıq. İnanıram ki, yenilənmiş “Qəbələ” bunu edə biləcək”.
Qeyd edək ki, Çertoqanov 2004-cü ilin yayından fasiləsiz ölkəmizdə oynayır.
Mənbə: “Qəbələ” qəzeti

0
0