Toni Adams: “Qəbələ”ni Azərbaycan çempionu edə bilərəm
16.06.2011 - 15:53
Ötən ay İngiltərəyə yollanan “Qəbələ”nin baş məşqçisi Toni Adams vətənində də mətbuatın diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya futbolunun əfsanəsi Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə bu il mayın 12-13-də Londonda keçirilən “Azərbaycanın investisiya imkanlarının işıqlandırılması” tədbirində iştirak edib.
Adams tədbir iştirakçılarına Azərbaycandakı fəaliyyəti barədə məlumat verməklə yanaşı, onları maraqlandıran suallara da cavab verib. Baş məşqçi həmin görüşdə “Qəbələ” futbol klubu, ümumilikdə Azərbaycan futbolu haqqında maraqlı fikirlər səsləndirib.
Mütəxəssis bir il əvvələ qayıdaraq, öncə “Qəbələ” futbol klubuna gəlişindən danışıb: “Mənə “Qəbələ” futbol komandasının baş məşqçisi vəzifəsini tutmaq təklif olundu. Etiraf edim ki, yeni təklif məndə böyük maraq doğurdu. Bu təklifi və imkanlarımı götür-qoy etdikdən sonra bir məsələni özüm üçün yəqinləşdirməyə çalışdım: mən “Qəbələ” üçün nə edə bilərəm və komandanı inkişaf etdirmək üçün qarşı tərəfə hansı təklifləri verə bilərəm. Çünki bu, mənim üçün tamamilə yeni bir layihə idi”.
Toni Adams həmkarları qarşısında layihəyə razılıq verməyinin səbəbini belə əsaslandırıb: “Əvvəlcə bilmək istəyirdim ki, üzərimə düşən vəzifə nədən ibarətdir. Sonra özüm-özümə sual verdim ki, bu komandanı çempion edə bilərəmmi? Məni gözləyən işlə bağlı geniş məlumat verildikdən sonra yəqin etdim ki, Azərbaycanda çalışa bilərəm. Ancaq qərar vermək hələ işə başlamaq deyildi. Əvvəlcə aydınlaşdırmalı idim ki, orada nə etmək olar və klubun inkişafı üçün hansı yenilikləri gerçəkləşdirə bilərəm. Bu qənaətə gəldim ki, əvvəlcə məşq metodlarımı və baxışlarımı dəyişməliyəm. Mən universitetdə sosiologiya və ətraf aləmlə münasibətlər üzrə təhsil almışam. Aldığım təhsil bu işdə mənə kömək etdi - yeni insanlarla, mühitlə münasibət qurmaqda mənim dadıma çatdı”.
Ölkəmizlə bağlı xoş təəssüratlarını da bölüşən baş məşqçi Qəbələdə gördüyü gözəlliyin, sürətli inkişafın onu müsbət ovqata köklədiyini bildirib: “Azərbaycan çox xoşuma gəldi. Əgər öz klubuna və işinə qəlbən bağlanırsansa, gördüyün iş istər-istəməz həyatının bir hissəsinə çevrilir. Gəldiyim ilk gündən ətrafımdakılara dedim ki, mən bu ölkəyə diqtə etmək üçün gəlməmişəm. Biz hədəflərimizə doğru tədricən irəliləməliyik. Bu klubda texniki direktor və baş məşqçi olmağımla fəxr edirəm. Mən düşünürəm ki, klubun və futbolçularımın səviyyəsi çox yaxşıdır”.
İngiltərəli çalışdırıcı gələcək planları haqda da danışıb: “Yeni mövsümdən komandama daha çox azərbaycanlı futbolçu cəlb etməyə çalışıram. Azərbaycanda çalışdığım 1 il ərzində, komanda quruculuğu yönündə xeyli iş görülüb. Futbolçularım öhdələrinə düşən işə çox məsuliyyətlə yanaşırlar. Mən də əlimdən gəldiyi qədər onlara kömək etməyə çalışıram. Ona görə də, klubda hər şey yaxşılığa doğru dəyişir”.
Adams Qəbələ stadionundakı yenidənqurma işlərini də britaniyalıların diqqətinə çatdırıb: Komandamız son mövsüm çempionat oyunlarını sintetik ot örtüklü meydançada keçirib, yaxın keçmişdə məşqlərimiz də sintetik örtüklü meydanda olurdu. İndi artıq 4 təbii ot örtüklü hazır meydançamız var. Bu isə o deməkdir ki, komanda son məşqlərini yenicə istifadəyə verilmiş təbii ot örtüklü meydanda keçirib. Meydançanın vəziyyəti çox yaxşıdır. Hazırda çempionat oyunlarını keçirdiyimiz meydançanın da süni örtüyünün təbii ot örtüyü ilə əvəzlənməsinə başlanılıb. Yeni mövsümün açılışına qədər tam hazır olmalıdır”.
Məşhur mütəxəssis uzaq İngiltərədə Azərbaycan futbolu haqda da danışıb: “Bir az Azərbaycan futbolu haqqında danışmaq istərdim. Azərbaycanda işlədiyim bu bir il ərzində ölkə futboluna dair xeyli bilgi toplamışam. Bu ölkə sürətli inkişaf yoluna qədəm qoyub. Demək olar ki, əksər sahələrdə nəzərəçarpacaq dərəcədə inkişaf gedir. Doğrudur, futbol infrastrukturu və meydançalar hələ istənilən səviyyədə deyil. Amma unutmaq olmaz ki, hər şey birdən-birə olmur. Əsas odur ki, hazırda bu istiqamətdə işlər istədiyimiz səviyyədə aparılır”.
Çempionatımızı tanıdan Adams “Neftçi”ni də tərifləyib: “Qəbələ” 12 komandanın mübarizə apardığı çempionatda cıxış edir. Azərbaycan çempionatında güclü klublar var və bir neçə komanda çempionluq uğrunda mübarizə aparır. “Neftçi” və “Qarabağ” ölkənin ən güclü klublarındandır. Bu il çempion olan “Neftçi”i özünəməxsus tarixi olan klubdur. Ölkədə güclü klubların olması, əlbəttə ki, bizim də xeyrimizədir. Çünki komandamızı inkişaf etdirmək istəyiriksə, ciddi klublarla oynamağımız əsas şərtdir”.
Toni Adams biz azərbaycanlıları istiqanlı, emosional insanlar kimi xarakterizə edib: “Azərbaycanlılar çox çılğındırlar, hisslərini gizlətməyi sevmirlər. Komanda uduzanda üzülür, qələbə qazananda isə bunu əsil bayrama çevirirlər. Mənim 5 övladım var. 5 yaşlı oğlum “Qəbələ”nin oyunlarına gəlib komandama azarkeşlik edir. Onun tribunada əlində Azərbaycan bayrağı yellədiyini tez-tez görürəm. Komandamızın yaxşı, mütəşəkkil fan-klubu var. Yaxın illər ərzində, güman ki, komandamı çempion edə bilərəm. Əslində, məqsədimiz də elə budur. Amma əvvəlcə Azərbaycanın ən güclü klubları səviyyəsinə qalxmalıyıq. Bunun üçün isə var qüvvəmlə çalışıram və hələ bundan sonra da görüləsi işlər çoxdur”.

0
0