“Jetmir Sefa AZAL-dan konkret təklif alıb”
16.06.2011 - 16:22
“Jetmir Sefa AZAL-dan konkret təklif alıb”
“Skenderbeu” ilə Albaniya çempionu olan Jetmir Sefanın AZAL-ın düşərgəsində olması həmin ölkədən olan həmkarlarımızın da diqqətində yayınmayıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Bakıya gəlməyi daha güclü Ukrayna çempionatından üstün tutub.

Belə ki, Jetmir 2 həmyerlisi – Armend Dallku və Debatik Kurrinin çıxış etdiyi “Vorskla” ilə də danışıqlar aparırmış. Lakin AZAL-la Poltava təmsilçisi arasında seçim etməli olan Albaniya çempionu üstünlüyü “təyyarəçilər”ə verib.

Albaniya mətbuatı futbolçunun belə addım atmasının səbəbini də açıqlayıb: “Vorskla” Sefanı baxışa çağırırdı. O, orada özünü göstərməli və yalnız bundan sonra taleyi bilinməli idi. Azərbaycandan gələn təklif isə daha konkretdir”.

Qeyd edək ki, Sefa dünən AZAL-ın düşərgəsinə gəlib.