Ballaka milli komandada yer yoxdur
16.06.2011 - 16:33
Ballaka milli komandada yer yoxdur
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv əsas kapitanı Mihael Ballakın taleyinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis “Bayer”in 35 yaşlı yarımmüdafiəçisini bir daha yığmaya çağırmayacağını bəyan edib. Lövun fikrincə, uzun müddət Bundetimin lideri olan Ballaka indi millidə yer yoxdur: “Son aylar göstərdi ki, çoxlu gənc futbolçular parlayır və yaxşı perspektivə malikdirlər. Mihaelin bir neçə telefon söhbətimdən indi – Avro-2012-yə 1 il qalmış mövqeyimi aydınlaşdırmağın əsl vaxtıdır”.

Qeyd edək ki, Löv həmin gənc futbolçulardan qurulan heyətlə iyunun 7-də Avro-2012-nin seçmə mərhələsində milli komandamıza Bakıda 3:1 hesabı ilə qalib gəldi.