“Azərbaycan yığmasının üzvləri pivə içmirlər”
16.06.2011 - 17:10
“Komandamızda çıxış edən braziliyalılarda çempionluq xarakteri, işə daha peşəkar yanaşma hiss olunurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Uraqan” futzal klubunun prezidenti Aleksandr Buben deyib.
O, tarixində ilk dəfə ölkə çempionu olan komandasının uğurlu mövsümü haqda geniş müsahibə verib. Buben çempionluqda pay sahibi olan braziliyalılar haqda danışmağı yenə lazım bilib.
Ukraynalı funksioner Azərbaycan milli komandasının üzvləri Serjao, Biro Jade, həmçinin digər braziliyalı Renatinyonun peşəkarlığını tərifləyib: “Onların gündəlik rejimi 3 hissdən ibarətdir. Birincisi - ailə, ikincisi - məşq, üçüncüsü isə... yenə məşq. Onlar hamı istirahət edən vaxt fərdi proqram üzrə hazırlıq keçirdilər. Onların bu proqramında pivə içmək kimi əyləncə, bayram yoxdur. Çünki özlərinə nə lazım olduğunu yaxşı bilirlər. Ən çox sevindiyimiz də odur ki, bir qrup digər oyunçu da onların bu proqramına qoşuldu”.
Qeyd edək ki, Serjao çempionluqla yanaşı həm çempionat, həm də kubokun ən yaxşı bombardiri olub.

0
0