Azərbaycan yığması “Caspian Cup”da 3-cü oldu
16.06.2011 - 17:54
Azərbaycan yığması “Caspian Cup”da 3-cü oldu
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında beynəlxalq “Caspian Cup” turnirində 3-cü yer uğrunda oyun keçirilib. Apasport.az saytının məlumatına görə, üçüncülük uğrunda qarşılaşmada Azərbaycan və Gürcüstan milli komandaları üz-üzə gəliblər. Oyunda hesabı meydan sahibləri açsa da qonaqlar elə ilk yarıda bərabərliyi bərpa edib. Fasilədən sonra tərəflərdən heç biri fərqlənə bilmədiyindən görüşün, həm də 3-cü yerin taleyi penaltilər seriyasında həll olunub. Qalibin adı artıq 3 penalti zərbəsindən sonra müəyyənləşib. Gürcüstanlılar hər 3 zərbədə qeyri-dəqiq olubsa səhvə yol verməyən yığmamız 3:0 hesabı ilə qalib gəlib. Bununla da Təbriz Həsənovun yetirmələri turniri 3-cü yerdə başa vurublar.