“Neftçi” müdafiəçisini “Qarabağ”a vermədi
16.06.2011 - 22:37
Ağdamın “Qarabağ” klubunun daha bir yerli istedadı transfer etmək istəyi gerçəkləşməyib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanov “Neftçi”nin yetirməsi olan istedadlı Tərlan Quliyevi komandasında görmək istəsə də, bu baş tutmayıb. Düzdür, ağdamlılar bir müddət əvvəl Rusiya klublarının diqqət mərkəzində olan 19 yaşlı müdafiəçiyə görə 100 min manat ödəməyə razı olublar. Lakin futbolçunun müqavilə ilə məxsus olduğu “Neftçi” Tərlanı əldən buraxmağa razı olmayıb.
0
0