“Universtatya”nın baş məşqçisi: Mirça Rednik mənim kumirimdir
20.06.2011 - 11:58
Rumıniya çempionatında mübarizə aparan klubların baş məşqçilərinin kumirlərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Liqa 1 təmsilçilərinin çalışdırıcıları özlərinə seçdiyi ideallar arasında Fabio Kapello, Mirça Luçesku, Joze Mourinyo, Pep Qvardiola, Bobbi Robson kimi dahi mütəxəssislər var.
Azərbaycan kubokunun son qalibi olan “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin də adı bu çalışdırıcılarla eni siyahıya düşüb.
Belə ki, “Universtatya” (Kluj) klubunun gənc məşqçisi İonut Badea Redniki Qvardiola ilə bir sıraya qoyub: “Mənim üçün həm yerli, həm xarici mütəxəssislər arasında nəsə öyrənəcəyim məşqçilər var. Yerli məşqçilərdən Kornel Dinu, İon Andone, Mirça Rednik, əcnəbilərdən isə Pep Qvardioladan xoşum gəlir”.

0
0