“Qalatasaray” Reyeslə 4 illik müqavilə imzaladı
20.06.2011 - 13:38
“Qalatasaray”ın Madrid “Atletiko”sundan heyətinə cəlb etdiyi futbolçuların keçidi ilə bağlı yeniliklər məlum olub. Apasport.az saytının məlumatına görə, transferini bitirdiyi çexiyalı müdafiəçi Tomaş Uyfaluşini İstanbula gətirən “Cim Bom” ispaniyalı yarımmüdafiəçi Xose Antonio Reyeslə də hər məsələdə anlaşaraq, 4 illik müqavilə imzalayıb. Reyes bunun qarşılığında ildə 3 milyon avro qazanacaq.
Futbolçunun transferini rəsmiləşdirmək üçün bir məsələ qalıb ki, bu da onun FİFA agenti Lopes Marian Aguiların alacağı menecerlik puludur. Aguilar telefon söhbətində məsələyə şərh etməyək, hər şeyin yaxşı olduğu deməyi yetərli sayıb. Reyesin sabah meneceri ilə birgə İstanbula gələcəyi gözlənilir.
Dieqo Forlanın keçidi ilə çətin görünür. Çünki “Atletiko”da ildə 4,5 milyon avro qazanan uruqvaylı hücumçu “Qalatasaray”dan 6 milyon avro tələb edir.

0
0