UEFA AZAL-ı niyə tanımır?
20.06.2011 - 13:57
UEFA AZAL-ı niyə tanımır?
Avroliqada çıxış edəcək Bakının AZAL klubunun adı ilə bağlı yaranan problemin əsası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın lisenziya verdiyi “təyyarəçilər”in UEFA tərəfindən “Olimpik-Şüvəlan” kimi tanınması məhz lisenziyalaşdırma ilə bağlıdır.

UEFA-nın rəsmi sənədlərinə nəzər salsaq görərik ki, Avropa futbol qurumu 1 il əvvəlki addəyişmənin reklam xarakterli olmasını düşünür. Bakılılar AZAL adı altında çıxış etməsi üçün bu addəyişmənin reklama xidmət etmədiyini sübut etməlidir.


UEFA-nın futbol klubların lisenziyalaşdırılması sistemi

4.3. Lisenziya verilənlərin müəyyənləşdirilməsi

4.3.1.8. Yuxarıda göstərilən məcburi şərtlərlə yanaşı UEFA milli assosiasiyalara məsləhət görür ki, lisenziya almaq istəyən klublarla bağlı bəzi prinsiplərə əməl olunsun. Bu prinsiplərə uyğun olaraq lisenziya istəyən:
* klubun adı və ticarət markasından istifadə etmək hüququna malik olmalı və reklam məqsədilə adını dəyişməməlidir.