Zaqreb “Dinamo”su 4 ildən sonra Azərbaycana gəlir
20.06.2011 - 14:27
Zaqreb “Dinamo”su 4 ildən sonra Azərbaycana gəlir
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubunun rəqibi olan Xorvatiya “Dinamo”su avrokuboklar tarixində 2-ci dəfə Azərbaycan çempionu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Zaqreb təmsilçisi 2007/08 mövsümündə də çempionumuzu sınağa çəkmişdi.

Həmin vaxt “Xəzər Lənkəran”la qarşılaşana sabiq yuqoslaviyalılar yalnız əlavə vaxtda mərhələ adlamışdı. Belə ki, həm Bakı, həm də Zaqrebdəki görüşün 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatmışdı. Ağasəlim Mircavadovun yetirmələri əlavə yarım saatda 2 qol buraxaraq Zaqrebdə 1:3, ümumi hesabda 2:4 hesabı ilə uduzmuşdu. Bakıdakı matç 2007-ci il iyulun 17-də, cavab matçı isə 24-də baş tutmuşdu.