Zaqreb “Dinamo”su püşkdən narazı qaldı
20.06.2011 - 15:05
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubu ilə qarşılaşacaq Xorvatiya çempionu “Dinamo” püşkün nəticəsindən narazı qalıb. Apasport.az-ın məlumatına görə, Zaqreb təmsilçisinin rəsmi saytı püşkü rəhmsiz sayıb.
Xorvatiyalılar “Neftçi” haqda hazırladığı tanıtma yazısına da bu fikirlə başlayıb: “Püşkün şarları “Dinamo”nu heç sevmədi. Düzdür, komandamız mümkün rəqiblərinin hamısından yüksək statusa malikdir. Lakin rəqibimiz Azərbaycan çempionu ilə müqayisədə daha asan da ola bilərdi”.
“Neftçi”nin 19 ildə 6 dəfə çempion, 4 dəfə kubokun sahibi olmasını vurğulayan zaqreblilər 4 il əvvəl qarşılaşdıqları “Xəzər Lənkəran”ın çempiondan 7 il xal geridə qalmasını da qeyd ediblər.
Arif Əsədovun komandasının transfermarkt.de saytının dəyərləndirməsinə görə 8 milyon avrodan ucuz olduğuna toxunan xorvatlar Flavinyo-Rodriqinyo cütündən ehtiyatlandığını gizlətmirlər. Makedoniyalı İqor Mitreskini də yaxşı tanıyan postyuqoslaviyalılar “Neftçi”nin ÇL-də II təsnifat mərhələsindən o yana gedə bilmədiyini də bilir: “Dinamo”ya Bakıda asan olmayacaq. Amma bu mərhələdə komanda rəqibindən qat-qat güclüdür”.

0
0