“Qarabağ”ın harada oynayacağı bilinmir
20.06.2011 - 15:53
“Qarabağ”ın harada oynayacağı bilinmir
“Qarabağ”ın Avroliqanın I təsnifat mərhələsindəki rəqibi olan Litvanın “Banqa” klubu təmsilçimizlə harada qarşılaşacağını da bilmir. Apasport.az saytının məlumatına görə, kluba məxsus Garzdai şəhərindəki stadion kiçikdir və UEFA hələ orda oynamağa icazə vermir.

Qarşılaşmanın harada baş tutacağı isə yaxın günlərdə məlum olacaq. Belə ki, görüş Şaulyay, Klaypeda və ya Mariampol şəhərlərindən birində baş tutacaq. Bunu klubun direktoru Rimantas Lukoşius deyib: “Hələ dəqiq bir şey deyə bilmərəm. Ev oyunumuzu Garzdaidə kecirə bilərik. Şanslar 50-nin 50-yədir. Doğma şəhərimizdə oynamaq alınmasa, onda 3 variantımız var – Şaulyay, Mariampol və Klaypeda”.

Rüstəm MİKAYILLI