Nazim Süleymanov: Toplananların yerini dəyişəndə cəm dəyişmir
20.06.2011 - 16:19
“Normal püşk oldu. Avroliqada rəqibimiz olan “Minsk” haqda ilkin məlumatımız var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
“Təyyarəçilər”ə ötən çempionatda 4-ci yeri qazandıraraq, Avroliqaya çıxaran 46 yaşlı mütəxəssis püşkün nəticəsinə görə arxayınlaşmağa əsas görmür: “Mən “Minsk”i zəif rəqib saymıram. Komanda ötən çempionatın bürünc mükafatçıdır. Ümumiyyətlə, avrokuboklara çıxan komanda zəif olmur. Əgər bir komanda üzərində qələbə çalmırsansa, o, necə zəif ola bilər? Hansısa komanda avrokuboka vəsiqə qazanıbsa, deməli, güclüdür. Onu da nəzərə alaq ki, biz burada təkcə klubumuzu yox, bütün Azərbaycanı təmsil edəcəyik. Ən əsası, avrokuboklar sınağından üzüağ çıxmaqdır. Klublarımızı avrokuboklarda ölkəmizi layiqincə təmsil edib, daha çox xal toplayıb, UEFA-dakı reytinqimizi artırmaq olmalıdır”.
Süleymanovun sözlərinə görə, rəqib haqda informasiyanı artırmağa çalışacaqlar: “Komandanın 14 oyundan sonra 17 xalı var, 6-7-ci yerdə gedir. 16 qol buraxıb, 19 top buraxıb. 4 qələbəsi, 5 heç-heçəsi, 5 məğlubiyyəti var. Hazırda bizdən fərqli, Belarusda çempionatın getməsi üstünlükdür. İlk oyunu səfərdə keçirməyimiz bir az psixoloji baxımdan üstünlükdür. Əlbəttə, mərhələ keçmək istəyirik və buna nail olmağa çlışacağıq”.
AZAL-ın çalışdırıcısı UEFA-nın klubun adını “Olimpik-Şüvəlan” göstərməsinə belə münasibət bildirdi: “Riyaziyyatda belə qanun var. Toplananları yeri dəyişəndə cəm dəyişmir. Məgər AZAL “Olimpik-Şüvəlan” adlananda baş məşqçisi Nazim Süleymanov olmayacaq? Bu məsələ sənədləşdirilmə ilə bağlıdır və istənilən halda, avrokuboklarda çıxış edəcəyik”.
Mehman SÜLEYMANOV

0
0