AZAL-ın dərdinə şərik tapıldı
20.06.2011 - 16:24
UEFA-nın keçirdiyi Avroliqanın I təsnifat mərhələsinin püşkü daha 1 maraqlı məqamı ortaya çıxardı. Apasport.az saytının məlumatına görə, UEFA-nın hələ də “Olimpik-Şüvəlan” kimi tanıdığı AZAL-ın problemi təkcə bizdə deyilmiş. Belə ki, qonşu Gürcüstan təmsilçisi də eyni halla üzləşib.
Belə ki, əvvəlcədən iştirakçılar arasında Rustavinin “Metallurq” klubu olmasa da, birdən-birə püşkdən bu komandanın adı çıxdı. Əvəzində isə “Olimpi”nin adı qeyb oldu. Əslində, Gürcüstan çempionatında “Metallurq” adlı komanda yoxdur. Bu, elə “Olimpi”nin özüdür. Sadəcə, UEFA komandanı köhnə adla tanıyır. Lap elə “Olimpik-Şüvəlan” kimi. Çünki 2006-cı ildə “Metallurq” adını “Olimpi”yə dəyişmişdi.
Görünür, UEFA Qafqaz klublarının addəyişmələrini qəbul etmir.

0
0