AZAL “Torpedo” – Minsk” matçını izləməyə yollanır
20.06.2011 - 23:01
Azərbaycanı Avroliqada təmsil edəcək AZAL Belarusa daha erkən yollanacaq. Bu barədə apasport.az saytına açıqlamasında klubun baş məşqçisi Nazim Süleymanov məlumat verib.
O bildirib ki, I təsnifat mərhələsində görüşəcəkləri “Minsk” klubunun oyununu canlı izləmək fikrindədirlər: “Məlum olduğu kimi, Belarusda mövsüm yaz-payız sistemi ilə keçirildiyindən, hazırda çempionat gedir. “Minsk” bizimlə oyuna qədər iyunun 26-da çempionatının XV turunda Jodino “Torpedo”su ilə səfər matçında çıxacaq. Həmin görüşü izləmək üçün nümayəndəmizi Belarusu göndərmək fikrindəyik. Ancaq ola bilsin ki, həmin matçı elə komanda şəklində birgə izlədik. Klubumuzun prezidenti Vaqif Qasımov hazırda İsveçrədədir. Onun vətənə qayıdışını gözləyirik. Belarusa daha tez yollanmağı prezidentimizlə müzakirə edəcəyik”.
Qeyd edək ki, AZAL “Minsk”lə ilk oyunu iyunun 30-da keçirəcək.
Mehman SÜLEYMANOV

0
0