Röyadan “Xəzər Lənkəran”a jest
20.06.2011 - 23:02
Röyadan “Xəzər Lənkəran”a jest
“Yaxın günlərdə yeni klipimi çəkdirəcəyəm. Bu klipin süjet xətti isə futbolla bağlı olacaq”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycanın tanınmış müğənnisi Röya deyib.

Planları barədə danışan ulduz müğənni artıq futbola müraciət etməyin zamanı yetişdiyini qeyd edib. O, hətta çəkdirməyi düşündüyü kliplə bağlı da açıqlama verib.

Müğənni bu dəfə ölkə kubokunun son sahibi “Xəzər Lənkəran”ın oyunçuları ilə səhnəni paylaşmaq niyyətindədir: “Futbolla bağlı çəkdirməyi düşündüyüm klipdə “Xəzər Lənkəran” klubu yer alacaq. Yəni, bu komandanın hər oyunçusunun klipimdə çəkilməsini istəyirəm. İnşallah, bu layihəni yaxın vaxtlarda reallaşdıracam”.