“Bizə Avroliqada oynayacaq futbolçu lazımdır” - FOTO
20.06.2011 - 20:02
“Baxışa gələn 4 nəfərdən yalnız birinin məsələsi açıq qalıb. Söhbət serbiyalı hücumçu Vladimir Djilosdan gedir”. Bunu apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib.
Avropa Liqasında ölkəmizi təmsil edəcək AZAL hazırlığını davam etdirir. İyunun 5-dən etibarən bir araya gələn paytaxt təmsilçisi gündə iki dəfə məşq edir. Dörd legioneri baxışa dəvət edən “təyyarəçilər” onlardan heç biri ilə müqavilə imzalamayıb.
Baş məşqçi Djilosun oyunundan qismən razı qalsa da, hücumçunun tam hazır olmaması təmsilçimizi bir qədər ehtiyatlı davranmağa vadar edib: “O, tam hazır deyildi. Bizə Avropa Liqasında oynayacaq futbolçu lazımdır. Transferləri çempionat üçün etmirik. Çempionatı nəzərdə tutsaydıq, qarşıda vaxtımız var. Ancaq Avropa Liqasının oyunları gələn həftə başlayır. Buna görə də bizə hazır futbolçu lazımdır”.
Süleymanov müdafiədəki boşluğu doldurmaq üçün baxışa gələn futbolçulardan Neboja Skoplyakı da nəzərlərində saxladıqlarını qeyd edib. Bu arada rəsmi oyunlara qədər transfer edilməyəcəyi təqdirdə belə, baş məşqçi yetirmələrinə inandığını və onların qarşıya qoyulan məqsədə nail olacaqlarını vurğulayıb: “Transfer edə bilməsək, öz oyunçularımızla mübarizə aparacağıq. Onlara inanıram. Mərhələ adlamağa çalışacağıq”.

0
0