“Xalq komandasını keçmək çətin olacaq”
20.06.2011 - 23:06
Avroliqanın I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Litvanın “Banqa” klubunun baş məşqçisi Arminas Narbekovasın apasport.az saytına eksklüziv müsahibəsi
- Püşkatma barədə nə deyə bilərsiniz?
- Bizim üçün 6 potensial rəqib var idi ki, onlardan da ən çətini bizə qismət oldu. Bu, Ağdam “Qarabağ”ıdır. Əldə etdiyimiz məlumata görə, rəqibimiz çox güclüdür və yaxşı kollektivə malikdir. Çalışacağıq ki, daha ətraflı məlumat toplayaraq, onları daha yaxşı tanıyaq.
- “Qarabağ” haqqında məlumatı kimdən almağı planlaşdırırsınız?
- Azərbaycan Premyer Liqasında litvalı legionerlər çıxış edirlər. Məsələn, Qvidas Yuşka AZAL-da oynayırdı. O, məhz “Banqa”nın yetirməsidir. Bu futbolçu bizə bəzi şeyləri dedi. Ondan başqa, Kazlauskas da qısa müddətdə sizin ölkənizdə olub. Həmçinin, Robertas Poskus da Bakı “İnter”inin şərəfini qoruyur.
- Yəqin ki, “Qarabağ”ın son 2 ildə Avroliqanın qrup mərhələsinin biraddımlığında mübarizəni dayandırmasından xəbərdarsınız...
- Əlbəttə. Bu barədə məlumatım var. Əgər “Qarabağ” 2 il dalbadal IV mərhələyə kimi irəliləyirsə, bu, çox şeydən xəbər verir. Rəqibimiz həddindən artıq güclüdür. Onlar Azərbaycanda xalqın komandasına çevriliblər. Bu klubu keçmək çətin olacaq.
- Bəs Azərbaycan futbolu barədə hansı məlumatlara maliksiniz?
- Hələ keçmiş SSRİ dövründə Azərbaycan futbolu gözəl texnikası ilə seçilirdi. Fikirləşirəm ki, bunu itirməmisiniz.
- İlk matçı evdə keçirəcəksiniz. Adətən bir çox komandalar isə ilk qarşılaşmanı səfərdə oynamaq istəyirlər...
- Mən buna o qədər də əhəmiyyət vermirəm. Əsası odur ki, yaxşı oyun nümayiş etdirəsən. Biz gərək bunu bacaraq ki, II mərhələyə çıxmaq şansımız olsun.
- Ümumiyyətlə, şansınızı necə qiymətləndirirsiniz?
- Proqnoz verməyi bacarmıram. Əgər bilsəydim, oyunlar necə bitəcək, onda məşqçiliklə vidalaşaraq, baş işlədib pul qazanardım (gülür).
- Avroliqa “Banqa” üçün nə dərəcədə vacibdir?
- Mən sizə deyim ki, biz bu yarışa çox ciddi yanaşırıq. Bizim komanda ilk dəfə avrokuboklarda iştirak edəcək. Ona görə də hamı özünü yaxşı tərəfdən göstərmək istəyir. İnanıram ki, hər şey bizim üçün yaxşı bitəcək.
- Litva çempionatı yaz-payız sistemi ilə keçirilir. Yəqin ki, komandanızın hazırkı durumu “Qarabağ”dan fərqlidir...
- Bəli. Düzdür, biz çempionata yaxşı başlamasaq da, işlərimiz II dövrədə yaxşı gedir. Son 5 oyunda 4 qələbə qazanmışıq və 1 heç-heçəyə nail olmuşuq. Düşünürəm ki, “Qarabağ”la qarşılaşmaya kimi daha yaxşı formada olacağıq. Bunun üçün isə daha çox çalışmalıyıq.
- Ağdam təmsilçisi ilə ilk qarşılaşma Gardzaidə keçirilməyə bilər. Hələ ki, UEFA buna icazə verməyib...
- Bu haqda xəbərim yoxdur. Amma biz hər şey etməyə hazırıq ki, ev oyunumuzu məhz doğma şəhərimizdə keçirək.
Rüstəm MİKAYILLI
Vülnüs

0
0