Sammir: “Neftçi” yaxşı komandadır, amma biz də bizik
20.06.2011 - 23:21
“Neftçi”də çıxış edən Rodriqinyonu çox yaxşı tanıyıram. Arabir onunla internet vasitəsilə yazışırıq da”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Sammir deyib.
Braziliyalı pleymeyker Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları “Neftçi”dəki həmyerlilərini tanıdığını bildirib: “Rəqib haqda nə deyə bilərəm ki? Çempion olublarsa, deməli yaxşı komandadır. Yaxşı maliyyələşir, inkişaf edir. Amma bir məsələ də var ki, biz də bizik”.
Qeyd edək ki, həm Sammir, həm də Rodriqinyo eyni klubun – “Atletiko Paranaense”nin yetirməsidir. Hər 2 futbolçu dəfələrlə bu kluba gedib-qayıtsa da, eyni vaxtda da hazırlıqlara qatılmaq imkanları olub.

0
0