“Banqa” deyildiyi kimi zəif komanda deyil”
21.06.2011 - 08:10
“Banqa” deyildiyi kimi zəif komanda deyil”
“Beş komanda məlum olduğu zaman qısaca da olsa rəqibləri təhlil etdik. “Banqa” deyildiyi kimi zəif komanda deyil. Onlarda hazırda çempionatın qızğın vaxtıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

39 yaşlı çalışdırıcı Avropa Liqasının I təsnifat mərhələsindəki rəqib Litva “Banqa”sı haqda fikirlərini açıqlayıb: “Komandalar yaxşı vəziyyətdədir. Rəqibimiz son 5 oyunun 4–də qələbə qazanıb, birində heç-heçə edib. Göründüyü kimi son zamanlar çıxışdadırlar. Çox gənc komandadır. Demək ki sona qədər mübarizə aparacaqlar. Meydanın hər yerində vuruşacaqlar. Ona görə də rəqibi lazım olduğu qədər qiymətləndiririk. Futbol oynamadan, hazırlaşmadan nəticə qazanmaq mümkün deyil. Tam səmimi deyirəm, 2-ci mərhələ haqqında hələ fikirləşmirik. Komanda olaraq da eyni durumdayıq. İlk olaraq, litvalılarla oyuna hazırlaşmalıyıq. Çalışacağıq ilk oyuna kimi maksimum hazır olaq”.