Azərbaycan çempionu ilə görüşən FİFA hakimi həlak oldu
21.06.2011 - 09:49
Rusiyalı futbol hakimi Vladimir Pettay həlak olub. Apasport.az saytının məlumatına görə, 38 yaşlı referi Moskva-Petrozavodsk təyyarə reysində qəzaya uğrayan sərnişinlər arasında olub. Sərnişinlərin sayı 52 nəfər olub ki, bunlardan 44-ün həlak olduğu bildirilir.
2003-cü ildən Rusiya Premyer Liqasının oyunlarını idarə edən Pettay 3 il sonra qalmaqallı MOİK – “Zenit” görüşündən sonra hakimlikdən kənarlaşdırılıb. 2007-ci ildə bağışlanan rusiyalı yenidən çempionatda idarəçilik edib.
2010-cu ildən FİFA referisi dərəcəsini daşıyan Pettay Azərbaycan çempionu olan Bakının “İnter” klubunun yanvarda Sankt-Peterburqda qalibi olduğu “Birlik kuboku” turnirində hakimlik edib.

- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
- Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
- Dirk Kuyt gələcəyi barədə danışdı: “Burada qalmaq istəyirəm”
0
0