UEFA “Minsk” - AZAL matçının yerini dəyişdirdi
21.06.2011 - 09:27
UEFA Avroliqada ölkəmizi təmsil edən Bakının AZAL klubunun Belarusun “Minsk” komandası ilə ilk oyununun yerini dəyişdirib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu iyunun 30-dakı görüşün Bakıda keçirilməsinə qərar verib. Halbuki püşkə görə ilk olaraq “Minsk”in adı çıxdığından, birinci matç Belarus paytaxtında olmalı idi. Ancaq UEFA Avroliqada digər təmsilçimiz olan “Qarabağ”ın da iyunun 30-da səfərdə, iyulun 7-də Litvanın “Banqa” klubunu paytaxtımızda qəbul etməsini nəzərə alıb. Ancaq burada da təzadlı məqam var. Məsələ ondadır ki, “təyyarəçilər”in bu ildən istifadəyə verdiyi, FİFA-nın qəbul etdiyi Şüvəlan qəsəbəsindəki beynəlxalq oyunlar keçirmək hüququna malikdir. “Qarabağ” isə yenə də Tofiq Bəhramov adına Respublika stadionunda rəqiblərini qəbul edəcək. Stadionlar ayrı olduğundan, bir şəhərdə eyni gündə 2 beynəlxalq oyun keçirmək ciddi problem olmamalıdır.
Qeyd edək ki, UEFA buna qədər AZAL-ın adı ilə bağlı qərarı ilə diqqət mərkəzinə düşdü. Komanda əvvəlki adı olan “Olimpik-Şüvəlan” kimi göstərilir.
Qeyd edək ki, UEFA buna qədər AZAL-ın adı ilə bağlı qərarı ilə diqqət mərkəzinə düşdü. Komanda əvvəlki adı olan “Olimpik-Şüvəlan” kimi göstərilir.
0
0