Tolunay Kafkas: Azərbaycan komandası haqda geniş bilgim yoxdur
21.06.2011 - 10:01
“Təbii ki, potensial rəqiblərimiz olan “Olimpik-Şüvəlan” və “Minsk” haqda geniş bilgiyə malik deyiləm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin “Qaziantepspor” klubunun baş məşqçisi Tolunay Kafkas deyib.
Avroliqada mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Superliqa təmsilçisi AZAL – “Minsk” cütünün qalibi ilə görüşəcək. “Kayserispor”la avrokuboklarda iştirak etmiş Kafkas potensial rəqiblərini öyrənmək fikrindədir: “Minsk”in gənc, dinamik komanda olduğunu, milliyə oyunçu verdiklərini duydum. Rəqiblərimiz görüşəndən sonra həmin matçın kasetini izləyəcəyəm. Ümid edirəm ki, mərhələni adlayacağıq. Məqsədimiz Avroliqanın qrup mərhələsinə qatılmaqdır”.
“Qaziantepspor”un çalışdırıcı mövsümə tez başlamalarının problem olub-olmamağına da münasibət bildirib: “Sabah mövsümü açırıq. Superliqada mövsüm avqustun 7-də başlayır. Ona görə də mövsümü bu vaxtlarda açmaq lazımdır və sıxıntı yaşayacağını düşünmürəm”.
Qeyd edək ki, komandamız “Qaziantepspor”la görüşməli olarsa, ilk oyunu iyulun 14-də Bakıda, cavab matçını bir həftə sonra səfərdə keçirəcək.
0
0