Tonel: “Neftçi” ilə oyunlar bu istiqamətdə ilk addımdır
21.06.2011 - 11:19
“Çempionlar Liqasında rəqibimiz olan “Neftçi” haqda anlayışım belə yoxdur. Bu məqam bizim komandanın əleyhinə işləyə bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Tonel deyib.
Portuqaliya millisinin 31 yaşlı mərkəz müdafiəçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyunları haqda fikirlərini açıqlayıb: “Bu azmış kimi, öz komandamızda elə futbolçular var ki, heç vaxt Çempionlar Liqasında oynamayıblar. Bu təcrübəsizlik bizə mane ola bilər. Məqsədimiz qrup mərhələsinədək irəliləməkdir. Bunun üçün 3 rəqibi keçməliyik. “Neftçi” ilə oyunlar bu istiqamətdə ilk addımdır”.
Qeyd edək ki, Tonel peşəkar karyerasını “Porto”da başlayıb.

0
0