“Makkabi” “Xəzər Lənkəran”la oyunla bağlı UEFA-ya müraciət edib
21.06.2011 - 11:08
UEFA AZAL-ın ardınca “Xəzər Lənkəran”ın da Avroliqada ilk oyununun yerini dəyişdirə bilər. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə birinci görüşünü püşkdə nəzərdə tutulduğu kimi evdə yox, səfərdə keçirə bilər.
Məsələ ondadır ki, İsrailin Avroliqada digər təmsilçisi, bizlərə tanış olan “Bney Yehuda” da ev oyunlarını Təl-Əvivdə “Blumfild” stadionunda keçirir və bu komanda Andorranın “Cent Culiya” klubu ilə düşüb.
Püşkə görə İsrailin hər 2 təmsilçisi iyulun 21-də cavab oyununu evdə keçirməlidir. Aydın məsələdir ki, “Makkabi” ilə “Bney Yehuda” bir gündə eyni stadionda oynaya bilməzlər. Bu səbəbdən Təl-Əviv təmsilçiləri UEFA-ya məktub göndərərək, hansısa cütdə dəyişiklik edilməsini istəyir. Ancaq buna qərar verməli olan UEFA hələlik bu 2 oyunda “Makkabi” ilə “Bney Yehuda”nın əvvəlcə qonaq, sonra ev sahibi olmasını göstərib.
Qeyd edək ki, “Bney Yehuda” 2 il öncə Avroliqada Zaqatalanın “Simurq” klubunu Bakıda 1:0, Təl-Əvivdə 3:0 hesabı ilə məğlub edib.

0
0