“Neftçi” Bakıya qalib qayıdır - YENİLƏNİB
21.06.2011 - 19:52
Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar” İsparta şəhərində Ukrayna təmsilçisi “Metallurq”la qarşılaşıb.
Mövsümlərarası fasilədə keçirdiyi ilk oyunda bakılılar böyük hesablı qələbə qazanıblar. Artıq 6-cı dəqiqədə Rəşad Abdullayev cərimə zərbəsindən hesabı açıb. “Neftçi” Flavinyonun 21-ci dəqiqədə vurduğu qolla fasiləyə üstün yollanıb.
İkinci yarıda qapılara bir top vurulub ki, bu dəfə də ölkə çempionumuz fərqlənib. 65-ci dəqiqədə Denis Silva zaparojyeliləri məyus edib.
Xatırladaq ki, bu oyun “Neftçi”nin Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə görüşə hazırlıq xarakteri daşıyırdı. Sabah Bakıya qayıdacaq komandamız hazırlığın II mərhələsini keçmək üçün iyunun 26-da Avstriyaya yollanacaq.

- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0