Kapitan püşkdən razıdır
21.06.2011 - 11:56
“Rəqibin kimliyinin fərqi yoxdur. Artıq 15 gündür məşqlərə başlamışıq və Avropa Liqasının oyunlarına ciddi hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın kapitanı Aqil Nəbiyev deyib.
Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq paytaxt təmsilçisi Belarusun “Minsk” klubu ilə qarşılaşacaq. Rəqib avrokuboklarda debüt etsə də, təmsilçimiz artıq bir dəfə mötəbər yarışda iştirak edib.
3 il əvvəl Serbiyanın “Voyvodina” klubu ilə qarşılaşan “təyyarəçilər” səfərdə minimal hesabla uduzub, Bakıda 1:1 hesablı heç-heçəyə nail olsa da, mübarizəni ilk mərhələdəcə dayandırıb. Bəs görəsən, Premyer Liqanın dördüncüsü bu dəfə mərhələ adlaya biləcəkmi?
Rəqib haqda danışarkən, komandanın kapitanı önəmli məqamın AZAL-ın öz oyununu nümayiş etdirməsi ilə bağlı olduğunu vurğulayıb: “Məncə, püşk bizim üçün pis alınmadı. “Minsk” hazırda öz çempionatında 6-cı pillədə qərarlaşıb. Əsas odur ki, biz öz oyunumuzu nümayiş etdirək. Həm də rəqibi düzgün qiymətləndirməliyik”.
Püşk atılan zaman təmsilçimizin ilk oyunu səfərdə keçirəcəyi bildirilsə də, sonradan UEFA yerdəyişmə edib. Nəticədə iyunun 30-dakı matç Bakıda baş tutacaq: “Birinci oyun səfərdə olsaydı, daha yaxşı olardı. Ancaq UEFA qərarını verib. Görünür, belə məsləhət imiş. Çalışmalıyıq ki, Azərbaycanı yaxşı təmsil edək”.

0
0