Gennadi Bliznyuk: İndi “Olimpik” “vur qabağa” futbolu oynamır
21.06.2011 - 13:28
“Olimpik” və “Minsk” bir-birinə layiqli rəqibdir. “Olimpik” yaxşı komandadır, çox az qol buraxır. Hərçənd, indi onlarda hazırlıq dövrü olduğundan, oyun praktikasında aşkar çatışmazlıqları olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının AZAL klubunun sabiq futbolçusu Gennadi Bliznyuk deyib.
Belaruslu futbolçu bildirib ki, keçmiş komandasının həmyerliləri ilə düşməsini bakılıların məşqçilər korpusunun ona zəng etməsindən sonra öyrənib. “Minsk” haqda ümumi məlumat verən Bliznyuk vətənində çempionatın getməsini üstünlük sayır: “Ola bilər ki, “Olimpik” hansısa yoldaşlıq görüşləri keçirir, ancaq bu, həmin şey deyil. Bizdə isə çempionatın qızğın çağıdır. Ona görə bu planda bir az üstünlüyə malikik. Hərçənd, oyun hər şeyi yerinə qoyacaq. Fikrimcə, matçlarda köklənmə, istək və komandaların mübarizəyə alışmasından çox şey asılı olacaq”.
Bliznyuk həmyerlilərinə “təyyarəçilər”in infrastrukturundan danışıb: “Komandanın yaxında yeni stadionu açıldı və indi orada oynayır. Buna qədər “İnter”dən stadion icarəyə götürmək lazım gəlirdi. Bildiyimə görə, yeni stadiona təftiş etməyə gəlmişdilər və ora avrokubok oyunları keçirilməyə buraxıldı. Yeri gəlmişkən, stadionda süni qazon qoyulub və yetərincə yaxşı səviyyədədir. Yəqin ki, son nəsildəndir və Belarus komandasının xüsusi problemi olmamalıdır. Ancaq Belarusdakı oyun təbii qazonda olduğundan, komandaların şansı bərabərdir”.
UEFA-nın “Olimpik-Şüvəlan” kimi göstərdiyi komandamızı xarakterizə edən Gennadi heyətin yarısının yerli, yarısının əcnəbi futbolçulardan ibarət olduğunu söyləyib: “Mövsümlərarası fasilədə gedən 5-6 futbolçunun yerinə kimin gəldiyini bilmədiyimdən, konkret nəsə demək çətindir. Fikrimcə, qalanlar komandanın özəyi olacaq. Müdafiədə 2 yığma futbolçusu oynayır, orta sahəsi pis deyil. Əsas hücumçuları gedib, ancaq onun yerinə gələn bolqar özünü yaxşı göstərməyə imkan tapıb. “Olimpik”də kimisə fərqləndirməzdim, aşkar liderləri yox idi. O, ilk növbədə komanda oyunu hesabına güclüdür. Hamıdan qapıya təhlükə gözləmək olar. Hələ orada oynadığımdan yadımdadır ki, hamı qol vura bilərdi”.
Bliznyuk sabiq komandanın aşkar zəif yerinin olmadığını bildirib: “Elə şey yox idi ki, oyundan oyuna eyni səhvlər buraxılırdı. Qollar əsasən rəqibin yaxşı hərəkətlərindən buraxılırdı. Prinsipcə, indi “Olimpik” “vur qabağa” yox, kombinasiyalı futbol oynayır. Topa daha çox nəzarət edib, hücumlarının hamısını qapıya zərbə vurmaqla bitirməyə çalışırlar. Fikrimcə, “Olimpik” çempionatımızın ilk 5 pilləsində yer alardı. Düzdür, oyunlarına azarkeş çox gəlmir. Yeni stadionu 5 min tutur və ora 1000-1500 nəfər gəlirdi”.
Yarımmüdafiəçinin sözlərinə görə, yaxşı futbola azarkeşlik edəcək: “Əlbəttə, Belarus klubunun mərhələ keçməsini istərdim. Axı avrokuboklarda xallar ölkəmizin reytinqinə gedir. Buna görə də daha çox öz həmyerlilərimə azarkeşlik edəcəyəm. “Minsk” rəqibə topa nəzarət etməyə imkan verməməlidir. Fikrimcə, onda hər şey alınacaq. Əgər rəqib haqda məlumat verməyi məndən xahiş etsələr, bunu müsbət cavablandıracağam. Niyə də yox?”
Qeyd edək ki, AZAL mövsüm bitməmiş kənarlaşdırdığı Bliznyuk indi məşq etdiyi “Belşina”ya qayıdışı gözlənilir.

0
0