“Xəzər Lənkəran”ın “Makkabi”ni ürküdən 2 üstünlüyü
21.06.2011 - 13:50
“Xəzər Lənkəran”ın “Makkabi”ni ürküdən 2 üstünlüyü
İsrail mətbuatı Avroliqanın II təsnifat mərhələsində “Makkabi” (Təl-Əviv) ilə qarşılaşacaq Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” haqda tanıtma yazı hazırlayıb. Apasport.az saytının məlumatına görə, yəhudilər təmsilçimizlə bağlı 2 əsas məqama toxunub.

Bunlar da pul və Uinston Parksla bağlıdır: “Xəzər Lənkəran” həm də Azərbaycanın “Çelsi”si kimi tanınır. Bu da onunla bağlıdır ki, klubun sahibi Mübariz Mənsimov ölkənin ən varlı şəxslərindən biri hesab olunur və komandasına ildə milyonlarla pul xərcləyir. Növbəti mövsüm üçün büdcəsi 20 milyon dollara yaxın olan “Xəzər Lənkəran” bu göstəricidə “Makkabi”ni də arxada qoyur. Təl-əvivlilərin müdafiə xətti Kosta-Rika yığmasının dahi hücumçusu Uinston Parksın qarşısını almalıdır”.