“Makkabi”yə qarşı mübarizə aparmaq olar”
21.06.2011 - 14:50
“Püşkün nəticələrindən xəbərim var. Klublarımız mübarizə aparsalar, nəticə qazana bilərlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
5 il əvvəl “Karvan”la UEFA kubokunda mərhələ adlamaqla, adını ölkə futbolunun tarixinə qızıl hərflərlə yazdıran, hazırda isə işsiz olan Yunis Hüseynov klublarımızın rəqiblərini dəyərləndirib. Onun fikrincə, püşk ən çətin rəqibi ölkə çempionuna qismət edib.
Belə ki, Hüseynov Zaqreb “Dinamo”sunun güclü komanda olduğunu qabardıb: “Neftçi”nin rəqibi daha güclüdür. 4 il əvvəl “Xəzər Lənkəran”la oyunlarını izləmişdim. Yaxşı təsir bağışlamışdılar. Ancaq bu indidən təslim olmaq anlamına gəlməməlidir. Oynayıb, mübarizə aparıb mərhələ adlamaq olar. Yəni futbolçular öz oyunları haqda düşünməlidirlər”.
Ölkə kubokunun son sahibi, Avropa Liqasında II mərhələdən mübarizəyə qoşulacaq “Xəzər Lənkəran”ın rəqibinə gəldikdə, mütəxəssis bu cütün taleyini yaxşı transferlərin həll edəcəyini düşünür: “Xəzər Lənkəran”ın rəqibi də köklü klubdur. Ölkəsinin ən titullu komandası olan “Makkabi”yə qarşı da oynamaq olar. Eşitdiyimə görə, Lənkəran təmsilçisi yaxşı transferlər etsələr, mübarizə aparmaq olar”.
Oyunlar hələ başlamasa da, Yunis Hüseynov I mərhələdən mübarizəyə qoşulacaq “Qarabağ”ı indidən təbrik edib. Onun fikrincə, Ağdam təmsilçisi hər iki mərhələni rahat keçəcək: “Onları indidən təbrik etmək olar. Həm I, həm də II mərhələni adlayacaqlar. Buna şübhəm yoxdur”.
AZAL-ın rəqibi barədə danışarkən, Hüseynov Belarus təmsilçisi ilə bir dəfə yoldaşlıq matçında qarşılaşdıqlarını və onları yendiklərini bildirdi: “Minsk”i “Karvan”da çalışarkən yoldaşlıq oyununda məğlub etmişdik. Bu hardasa 3-4 il əvvəl olub. Bu komandanın hazırkı durumu haqda məlumatım yoxdur. Son vaxtlar Belarus yığmasının uğurlu çıxışını nəzərə alsaq, onlarda futbolun inkişaf etdiyini söyləmək olar. Ona görə də AZAL rəqibini mütləq öyrənməlidir. Transfer etməyiblər, bu klubun işidir. Ancaq hazırkı heyətin üzvləri artıq bir ildir komandadadırlar”.

0
0