“Xəzər Lənkəran”ın düşərgəsində yeni futbolçular
21.06.2011 - 15:46
Avstriyanın İnsbruk şəhəri yaxınlığında “Ştubayerhof” otelində məskunlaşam “Xəzər Lənkəran” UEFA Avropa Liqasının təsnifat mərhələsinin hazırlıqlarına bu gün start verib. Apasport.az saytının məlumatına görə, ilk məşq bu gün yerli vaxtla saat 11:00-da başlayıb. Komanda məşqlərini sutka boyu tam sərəncamında olan stadionda keçirir.
Hələlik məşqlərdə hazırkı heyətdən Kamran Ağayev, Elnur Abdullayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Şəhriyar Xəlilov, Orxan Sadıqlı, Katalin Doman və Andrey Mureşan iştirak edirlər.
Bundan əlavə hazırlıqlarda bir sıra yeni futbolçular da iştirak edir. Bu oyunçularla komandaya keçid barədə danışıqlar artıq yekun mərhələsindədir. Komandanın digər futbolçuları isə düşərgəyə qarşıdakı bir neçə gün ərzində qoşulacaqlar.

0
0