“Qalatasaray” “Neftçi”yə yenə “atdı”
21.06.2011 - 17:34
Azərbaycan çempionu “Neftçi”nin Türkiyənin məşhur “Qalatasaray” klubu ilə yoldaşlıq oyunu bu dəfə də baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, bakılıların bu ayın 25-26-da İstanbul nəhənginin ölkəmizə səfər edəcəyinə ümid etsə də, bu gerçəkləşməyəcək.
Belə ki, bu oyun Fatih Terimin qayıdışı ilə yenidən qurulan “Qalatasaray”ın planlarına uyğun gəlmir. Türkiyəlilər bununla bağlı “Neftçi”nin ünvanına məktub da yollayaraq, onların gözünü yolda qoyduğu üçün üzr istəyib.
Bu, “Qalatasaray”ın “Neftçi”yə 2-ci dəfə söz verib, vədinə əməl etməməyidir. İki ölkə təmsilçiləri hələ bu ilin yanvarında qarşılaşmalı idi. Həmin vaxt fikrindən daşınan İstanbul təmsilçisi qarşılaşmanı yaya saxlamışdı.
Lakin türkiyəlilər yenə “ağ-qaralar”ı təxminən yarım il müddətinə gözləməyə məcbur etdi. Düzdür, bakılıların düşərgəsində bu matçın nə vaxtsa baş tutacağına əmindirlər. Bu da təbiidir, ay çox, il çox, hələ o qədər yanvarlar, iyunlar gələcək ki.

0
0