Azərbaycanda oynayan futbolçu ağacdan yıxıldı
22.06.2011 - 08:32
Slovakiya milli komandasının futbolçusu Adam Nemets kuryoz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Kayzerslauten” klubunda oynayan 26 yaşlı hücumçu albalı ağacından yıxılıb.
Nəticədə bədəninin müxtəlif yerlərindən xəsarət alan Adam 3 ay sonra futbol oynaya biləcək. 2 fəqərə və körpücük sümüyü qırılan Nemets tezliklə cərrahiyyə əməliyyatı olunmalıdır.
Qeyd edək ki, Adam 2005-ci ildə Slovakiyanın “Jilina” klubunun heyətində UEFA kubokunda “Bakı” ilə görüşüb.

- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0