“Bakı”nın yeni transferi əsas məqsədini açıqladı
22.06.2011 - 08:55
“Bakı”nın yeni transferi əsas məqsədini açıqladı
“Bakı” klubuna transfer olduğuma görə çox şadam. Komandanın məşqçilər korpusu oyunlarımı izləyərək, məni bəyənib. Bundan sonra “Bakı”dan təklif aldım”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın yeni transferi Novruz Məmmədov klubun rəsmi saytına açıqlamasında deyib. Uzun müddət Salyanın “Muğan” klubunda oynayan gənc müdafiəçi karyerasını paytaxt təmsilçisində davam etdirməyə qərar verib.

“Bakı” ilə 2 illik müqavilə imzalayan Novruz əsas heyətdə möhkəmlənmək istəyir: “Məni bura böyük ümidlərlə gətiriblər və inanıram ki, ümidləri doğruldacağam. “Bakı”da əsas məqsədim heyətdə möhkəmlənib, milli komandada oynamaqdır. Gələn il isə Azərbaycan çempionu olmaq və avrokuboklarda oynamaq istəyirəm. İndiyədək avrokuboklarda oynamaq qismət olmayıb, gələn il yeni klubumla istəyimə çatmaq arzusundayam.