Elvin Məmmədov: Komandaya uyğunlaşmaq çətin olmayacaq
22.06.2011 - 09:06
Elvin Məmmədov: Komandaya uyğunlaşmaq çətin olmayacaq
“Yeni klubum haqqında məlumatım çoxdur. Bilirəm ki , burada gələcəyin komandası yaradılır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun yeni transferi Elvin Məmmədov deyib.

Bu yay “Qarabağ”ı paytaxt təmsilçisinə dəyişən Azərbaycan milli komandasının yarımmüdafiəçisi 1 illik müqavilə bağladığı kluba keçidi ilə bağlı fikirlərini açıqlayıb: “Bakı” klubuna gəlməkdə əsas məqsədim əvvəlki formamı bərpa edib, yeni klubuma bacardığım qədər xeyir vermək və qarşıdan gələn oyunlarda milli komandamıza köməklik göstərməkdir. Arzu edirəm ki , gələcək mövsümü uğurla bitirib avrokuboklarda Azərbaycanı layiqincə təmsil edək. “Bakı” mənim üçün doğma komandadır. Heyətə uyğunlaşmaq yəqin ki, çətin olmayacaq. Komandada çox futbolçularla yaxından tanışam və inanıram ki, adaptasiya dövrünü tez bir zamanda başa vuracağam”.

Mənbə: fcbaku.com