Gennadi Bliznyuk özünə yeni komanda tapdı
22.06.2011 - 10:54
AZAL-ın belaruslu sabiq futbolçusu Gennadi Bliznyuk özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, karyerasını vətəndə davam etdirəcək 31 yaşlı yarımmüdafiəçi yüksək liqa təmsilçisi “Belşina” ilə müqavilə bağlayıb.
Bununla da Gennadi sabiq klubuna qayıdıb. O, 2010-cu ildə avqustdan noyabradək “Belşina”da oynayıb və AZAL-a məhz oradan gəlmişdi. Bliznyukin köhnə-yeni komandası “təyyarəçilər”in Avroliqada rəqibi olan “Minsk”lə turnir cədvəlində qonşudur. Belə ki, paytaxt təmsilçisi 7-ci, “Belşina” 9-cu yerdə gedir və aralarında cəmi 1 xal fərqi var.
Qeyd edək ki, qışda AZAL-a transfer olunsa da, nizam-intizama görə 2 ay sonra kənarlaşdırılan Gennadi ölkəmizdə kuboku da nəzər alsaq, 8 oyunda (446 dəqiqə) meydana çıxaraq, 1 qol vurub.

0
0