Bakıya gələn futbolçuların telefon və noutbukları əllərindən alınıb
22.06.2011 - 11:00
Bakıda “Caspian Cup” beynəlxalq futbol turnirinə qatılan Qazaxıstanın 17 yaşlılardan ibarət yığması (U-17) ətraf aləmdən təcrid olunub. Apasport.az saytının məlumatına görə, Mərdəkandakı “Dalğa Arena” stadionunda təşkil olunan yarışda 5-ci yeri tutan orta asiyalıların 25 yaşlı məşqçisi Nikolay Stoyakin futbolçuların mobil telefonlarını və noutbuklarını əlindən alıb.
Bunu müvəqqəti edən gənc çalışdırıcı yetirmələrinin daha yaxşı çıxış etməsini istəyib. Ancaq bu, lazımı effekt verməyib və 5-ci olan Qazaxıstan mükafatçılar sırasına da düşə bilməyib: “Baş məşqçimiz Oliver Pelzer gözlənilmədən xəstələndi və səhhəti ilə əlaqədar bizimlə Bakıya uça bilmədi. Turnirdə komandaya rəhbərlik etmək mənə həvalə olundu. Bakıda ilk qərarlarımdan biri psixologiyaları hələ möhkəmlənməyən yeniyetmələrimin mətbuatdan təsirindən təcrid etmək olub. Biz komandanın inzibatçısı ilə birgə uşaqlardan noutbukları və mobil telefonları müvəqqəti əllərindən aldıq. Bu, ona görə idi ki, futbolçularımız özlərini bütövlüklə işə həsr etsinlər. Müəyyən günlər var idi ki, futbolçular evlərinə zəng edib, onlarda hər şeyin qaydasında olduğunu xəbər verirdilər”.
Qazaxıstana yollanana kimi 17 yaşlılardan ibarət yığmamızı çalışdırmış almaniyalı Pelzeri əvəzləyən Stoyakin paytaxtımızda razı qaldığı məqama toxunub: “Futbolçumuz Abat Aimbetovun “Caspian Cup”ın bombardiri olmağı bizi çox sevindirdi. Hücumçumuz 6 qolla turnirin bombardiri oldu və mütəxəssislərin yüksək rəğbətini qazandı. Özü də Abat yığmamızın qol vurduğu hər oyunda fərqləndi. Əsas problemimiz yetirmələrimizdə beynəlxalq təcrübənin yoxluğudur. Ancaq artırmağımız birmənalıdır. İki nüfuzlu turnirdə oynadıq, Astanada 4-cü, Bakıda 5-ci olduq. Bu, ortababların mövqeyidir. İrəli getməyə davam edəcəyik”.

0
0