Tanınmış futbolçu 43 yaşında karyerasını bərpa edir
22.06.2011 - 11:20
Tanınmış almaniyalı futbolçu Mario Basler 43 yaşında futbolçu karyerasını bərpa edir. Apasport.az saytının məlumatına görə, “Verder” və “Bavariya” klublarında çıxışı ilə tanınan yarımmüdafiəçi yaşıl meydana məcburiyyətdən qayıdır.
Buna səbəb isə Baslerin qolfda uduzmasıdır. Belə ki, mərcdə uduzduğundan Mario dostu David Vinterştaynın Almaniyanın 7-ci liqasında çıxış edən komandasında oynamalı olacaq. Basler karyerasını 2002/03 mövsümündə bitirmişdi və 8 il sonra yenidən top qovmalıdır.
Qeyd edək ki, Basler milli komandamızın baş məşqçisi Berti Foqtsun güvəndiyi futbolçulardan olub. Mario onun çalışdırdığı Almaniya yığması ilə 1996-cı ildə Avropa çempionluğunu qazanıb.

0
0