“Dinamo”dan fantastik iddia
22.06.2011 - 10:58
“Demirəm ki, 100 faiz Çempionlar Liqasının qalibi ola bilərik. Lakin bizim də kuboku qazanmağa real şanslarımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Domaqoy Vida deyib.
Ötən mövsümü Almaniya “Bayer”ində keçirən, lakin heyətə düşə bilməyən 22 yaşlı müdafiəçi 1 illik fasilədən sonra vətəninə qayıdıb. “Osiyek” klubunun yetirməsi olan Xorvatiya yığmasının üzvü bu dəfə Zaqreb “Dinamo”suna üz tutub.
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşmalar ərəfəsində müsahibə verən Domaqoy yarışdakı iddialarını açıqlayıb: “Gəlin, realist olaq. Hər qarşılaşmada bacarığımızı tam ortaya qoysaq, çox şeyə nail olarıq. Biz çox güclü heyətə malikik. Üstəlik, indi bizim komandamız vahid mexanizm kimi işləyir. Elə bu da həlledici rol oynaya bilər”.

0
0