“Qalatasaray” Forlanla bağlı xoş xəbər aldı
22.06.2011 - 11:58
“Qalatasaray” son günlərdə əl çəkmədiyi Uruqvay yığmasının futbolçusu Dieqo Forlanla bağlı xoş xəbər alıb. Apasport.az saytının məlumatına görə, Madrid “Atletiko”sunun prezidenti Migel Angel Gil Marin İspaniya mətbuatına açıqlamasında müqaviləsi olduqları təcrübəli hücumçunu daha istəmədiklərini bildirib: “Forlanın meneceri Daniel Bolotnicoffla görüşdük. Onu artıq istəmədiyimizi və özünə klub tapmağın lazım olduğunu diqqətinə çatdırdıq. Dieqo ilə böyük uğurlara imza atdıq. Amma kimsə klubdan üstün deyil. Ötən il Forlanla baş məşqçimiz Kike Sançes Flores arasına yaşanan dava və klubu yetərincə düşünməməkləri uğursuzluğumuzun yeganə səbəbidir”.
İspan həmkarlarımızı yazdığına görə, “Atletiko” “Qalatasaray”la Forlanın keçidi ilə bağlı anlaşıb və futbolçuya İstanbul klubunun rəhbərliyi ilə danışıqlar stolu arxasına əyləşməklə bağlı təzyiq edir.

0
0