“Neftçi” ilə matçda qələbədən başqa heç nə fikirləşmirik”
22.06.2011 - 12:21
“Neftçi” ilə matçda qələbədən başqa heç nə fikirləşmirik”
“Əlbəttə, “Neftçi” yaxşı və güclü komandadır. Çünki onlar öz ölkələrinin çempionudurlar”. Apasport.az saytının məlumatına görə, bu sözlər Zaqreb “Dinamosu”nun futbolçusu Milan Badeljə məxsusdur.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq 22 yaşlı müdafiəçi Bakı klubu ilə görüşə münasibət bildirib. Onun sözlərinə görə, iyulun 13-də evdə keçirəcəkləri ilk matçda yalnız qələbə qazanmağı planlaşdırırlar: “Rəqibimiz kimi biz də mərhələ keçməyə iddialıyıq. Bu səbəbdən qalib gəlməyə çalışacağıq. Bizim həqiqətən yaxşı komandamız var. Qələbədən başqa heç nə fikirləşmirik”.

Qeyd edək ki, 15, 17, 19 və 21 yaşlılardan ibarət Xorvatiya milli komandasının heyətində oynamış Badelj hazırda əsas yığmada çıxış edir.