“Neftçi”nin rəqibi dağdan dərəyə düşdü
22.06.2011 - 13:46
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Xorvatiyanın “Dinamo” klubu mövsüm öncəsi ilk təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, zaqreblilər Sloveniyanın Rolya şəhərciyindəki hazırlıqları yekunlaşdırıb. Komanda dəniz səviyyəsindən 1517 metr hündürlükdə yerləşən dağlarda 1 həftə məşq keçib. 7 gün ərzində “Dinamo” 11 məşqə çıxıb.
Maraqlıdır ki, belə yüksəklikdə hazırlıq keçən zaqreblilər dəniz səviyyəsindən 28 metr aşağıda olan Bakıda da oynamalı olacaq.
Maraqlıdır ki, belə yüksəklikdə hazırlıq keçən zaqreblilər dəniz səviyyəsindən 28 metr aşağıda olan Bakıda da oynamalı olacaq.
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0