Dmitri Kruqlov “İnter”dən ayrıldı
22.06.2011 - 14:28
“İnter” klubu daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi estoniyalı müdafiəçi Dmitri Kruqlovla vidalaşıb.
Belə ki, Kruqlovun klubla müqaviləsinin müddəti başa çatıb və qarşılıqlı razılıq əsasında müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.
Qeyd edək ki, ölkəmizdə 2008-ci ilin qışından oynayan Dmitri öncə “Neftçi”də çıxış edib. Ötən yay “İnter”ə keçən 27 yaşlı legioner keçən çempionatımızın bütün oyunlarında meydana çıxan 2 futbolçusundan biri olub. O, indiyə kimi 2 klubumuzda isə 95 matçda forma geyinib və 7 qola imza atıb.

- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0