Mourinyonun köməkçisi “Çelsi”nin baş məşqçisi oldu
22.06.2011 - 15:22
“Çelsi”nin yeni baş məşqçisinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, London təmsilçisinin rəhbərliyi “Portu”nu Avroliqanın qalibi edən Andre Villaş-Boaşla danışıqları yekunlaşdırıb.
33 yaşlı portuqaliyalı mütəxəssislə 3 illik rəsmi müqavilə imzalanıb. O, bununla da İngiltərə Premyer Liqasında ən gənc baş məşqçi kimi tarixə düşüb.
Villaş-Boaş üçün isə London təmsilçisi yad deyil. O, 2004-2007-ci illərdə “Çelsi”də Joze Mourinyonun köməkçisi işləyib.
Qeyd edək ki, “Çelsi”də baş məşqçi portuna ən real namizəd Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Türkiyə yığmasının çalışdırıcısı Qus Hiddink idi. Lakin yerli federasiyanın onu buraxmaması London klubunun Andre ilə razılaşması ilə nəticələnib.

- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0