Millimiz Qazaxıstan yığmasını Lənkərana aparır
22.06.2011 - 15:56
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin keçirəcəyi daha bir oyunun stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 6-da komandamızın Qazaxıstan yığması ilə görüşü Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək.
Bu, millimizin Lənkəranda keçirdiyi 2-ci oyundur. Berti Foqtsun yetirmələri 2 il öncə sentyabrda seçmə matçını cənubda oynamışdı. Həmin vaxt ayın 5-də futbolçularımız DÇ-2010-un seçmə mərhələsində Finlandiya ilə qarşılaşmışdı (1:2).

- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0