“Qarabağ”a düşən hakim özünü Xəzərə “atacaq”
22.06.2011 - 18:07
Avroliqanın I təsnifat mərhələsinin “Qarabağ”la Litva “Banqa”sı arasında cavab oyununu idarə edəcək Yuri Mojarovskini təcrübəli hakim saymaq olmaz. Apasport.az saytının məlumatına görə, bu il oktyabrın 12-də 35 yaşını qeyd edəcək ukraynalı öz ölkəsinin Premyer Liqasında cəmi 3 il əvvəl peyda olub.
İxtisasca müəllim olan, üzməkdən ötrü sino gedən Mojarovski Bakıya gəlmişkən yəqin ki, Xəzər sahilinə də baş çəkməyə çalışacaq. Ukraynalı matçdan əvvəl, ya da sabahısı planetin ən böyük gölündə üzmək imkanını əldən qaçırmamağa çalışacaq.
2008-ci ildə Premyer Liqada debüt edən Mojarovski 1 il sonra kubokun yarımfinalında məşhurlaşdı. Prinsipial rəqiblər – “Dinamo” ilə “Şaxtyor” arasında matça əcnəbi hakim tələb edildiyi vaxtda qarşılaşmaya təyinat alan Mojarovski işinin öhdəsindən əla gəlmişdi.
Ötən ay bu komandaların çempionat oyununda isə hakim özünü biabır etmişdi. Kiyevdə qonaqların qapısına penalti təyin edən, Mirça Luçeskunu texniki zonadan qovan hakimin bərbad idarəçiliyi sayəsində “Dinamo” 3:0 hesabı ilə qalib gəlmişdi. Bütün Ukrayna isə hakimi “ağ yuyub, qara sərmişdi”.
2011-ci ildən FİFA hakimi olan Mojarovski cəmi 2 beynəlxalq matç idarə edib. Bu da 17 yaşadək yığmaların Avropa birinciliyinin elit mərhələsində baş verib. 3 ay əvvəl İspaniya Şimali İrlandiyanı 5:1, ardınca isə sonuncular Belçikanı 2:1 hesabı ilə üstələyib.
Böyüklərin beynəlxalq oyunlarında debütü Bakıda gerçəkləşəcək ukraynalı iyulun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda fit çalacaq.

0
0